Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:03.04.2024 18:44:09

Salam 12 ci derece saga meyilli c şəkilli skolyoz 36 derece döş kifozu diagnozu yararsiz hesab olunur?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən II dərəcəli skolioz diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Murad Soruşur Yazılma Tarixi:03.04.2024 18:43:48

Salam 12 ci derece saga meyilli c şəkilli skolyoz 36 derece döş kifozu diagnozu yararsiz hesab olunur?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən II dərəcəli skolioz diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Murad Soruşur Yazılma Tarixi:03.04.2024 18:35:00

Salam 12 ci derece saga meyilli c şəkilli skolyoz 36 derece döş kifozu diagnozu yararsiz hesab olunur?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən II dərəcəli skolioz diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Ehdibar Soruşur Yazılma Tarixi:01.04.2024 10:10:54

hansı hərbi hissəyə düşmüşəm

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz Xidmətin Ağdam rayon şöbəsi tərəfindən 2024-cü ilin aprel çağırışına cəlb olunmuş, hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin tələbləri ilə barənizdə hərbi xidmətə yararlı qərarı verilmiş, həmin Əsasnamənin sağlamlıq vəziyyətinə dair tələblər cədvəli nəzərə alınaraq, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövıət Xidmətində Silahlı  Qüvvələr üzrə bölgüsü zamanı müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin daxili bğlgüsünə əsasən isə müvafiq hərbi hissəyə təyin olunmusunuz.
Əlavə olaraq bildiririk ki, mobil telefondan şəxsiyyət vəsiqənizin nömrəsini 9100 qısa nömrəsinə mesaj şəkildə göndərməklə və ya Xidmətin qeydiyyatda olduğunuz struktur bölməsinə müraciət edərək hansı qoşun növünə təyin olunmağınız barədə məlumat öyrənə bilərsiniz.
Emil Soruşur Yazılma Tarixi:31.03.2024 23:34:06

Salam hərbi xidmət getmək istəyirəm ama mənim hərbi bilt də hərbi xidmət yarsız yazıblar xayiş edirəm kömək təzdən komissiya olsun

Müəyyən edilmişdir ki, Siz 18.12.2019-cu il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmisiniz Bildiririk ki, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılan vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Aqil Soruşur Yazılma Tarixi:30.03.2024 21:29:27

Salam. Məndə Duane sendromu 1-ci tip aşkarlanmış və Zərifə Əliyeva adına Milli Oftomotoligyada 2020ci ildə əməliyyat olmuşam. Bu sendromla bağlı Azərbaycanda düzgün bir sənəd tapa bilmədim. Lakin gözlərdə ciddi problem yaradan bir məsələdir. Mənə bununla bağlı necə məlumat ala bilərəm. Və növbəti çağırış üçün yoxlanış nə vaxtdır?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin   29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul ediləcəkdir. Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.
Aqil Soruşur Yazılma Tarixi:30.03.2024 21:22:25

Salam. Gözlərimin biri sola dönmür və gözdə qarışıql asteqmatizm var. Makulyar refleks solğun və OS-P100 amplitudası normadan aşağıdır. 16 yaşdakı çağırışda yoxlanışda bunların heçbirin qeyd etmədim ama indi tibbi ekspertiza rəyində bunlar var . Hərbi xidmətə yararlıyammı ?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin   29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul ediləcəkdir. Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.
Raqif Soruşur Yazılma Tarixi:30.03.2024 11:55:19

Salam. Mən göz xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız təyin edilmişəm. Həkim komissiyasında təxminən 1 ay əvvəl olmuşam. 3 gün öncə hərbi komisarlıqdan yenidən mənimlə əlaqə saxlanılaraq bildirildi ki, sizdə görmə zəifliyi aşkar edilib və yararsızsız lakin siz qan analizi, sidik analizi, kardioqrama, uzi, rentgen yoxlamalarından da keçməlisiniz. Mən əgər gözümlə bağlı yararsızamsa daxili orqanlarımın müayinəsinin nə mənası var? Bu nə dərəcədə düzgündür? Mən əlavə olaraq bu analizləri də verməliyəm? Zəhmət olmasa cavablandırardız. Əvvəlcədən təşəkkürlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytına daxil olmuş elekton müraciətinizə baxılmışdır.
Bildiririk ki, ilkin qeydiyyata alınanlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 2.4-cü bəndinə əsasən məcburi diaqnostik (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafiyası) müayinələrdən keçirilirlər. Bu səbəbdən müraciətinizdə qeyd etdiyiniz laborator və diaqnostik müayinələrdən keçməyiniz məqsədəuyğundur.
İlməddin Soruşur Yazılma Tarixi:29.03.2024 18:48:33

Salam.Hər vaxtınız xeyir.Mən bilmək istəyirəm ki,müddətli həqiqi hərbi xidmətə 45kq-dan az olduqda yararsız sayılırmı yoxsa çəki və boy nəzərə alınaraq düsturla hesablanır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və (və ya) bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər.  
Elcan Soruşur Yazılma Tarixi:29.03.2024 01:01:12

Salam men herbi xidmeti basa vurmusam hec bir problemim olmuyub xasiyyetname de yaxsi yazilib.ancaq madde 66Ç A3 yazlib herbi biletimde men muddetden artiq herbi xidmet işe gire bilerem maxe kimi

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış ehtiyatda olan vətəndaşların tibbi şəhadətləndirilməsi 5 (beş) ildən bir keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi xidmətə yararlılıq kateqoriyası dəyişdirildiyi halda hərbi biletində xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq. Bu səbəbdən Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) idarəsinə müraciət etməniz məqsədəuyğundur.    
Cədvəldə sətir sayı :13804