Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Bahadur Soruşur Yazılma Tarixi:08.01.2024 10:52:42

Salam. 1990-cı ildə Azərbaycan SSR-də doğulmuş, Rusiya Federasiyanın vətəndaşı olmuş, sonra 2008-ci İldə Bakıda ali təhsil almış (ödənişsiz əsaslarla daxil olmasına baxmayaraq, xarici ölkə vətəndaşı olduğu üçün, ödənişli əsala təhsil alıb) 2009-cu ildə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib. 2012-ci ildə Rusiya Federasiyasının qanunlarına görə orada hərbi xidmət keçib. Rusiyada hərbi xidmət keçən vətəndaş, Azərbaycanda hərbi xidmətə cəlb olunur? (Nəzərə çatdırım ki, ilk vətəndaşlıq Rusiya Federasiyasının vətəndəşlığı olub) ----------------------------------------------------------------------------------------------------------------------------------------------- 23.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər. Öncədən təşəkkürlər...

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Murad Soruşur Yazılma Tarixi:06.01.2024 21:06:27

Mən Murad Hüseynov Şirin oğlu. Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin tələbəsiyəm, kollecdən məzun olduqdan sonra universitetə qəbul olmaq üçün ərizə verməliyəm lakin 18 yaşım tamam olduğu üçün kollecin nəzərdə tutduğu möhlət hüququ iyun ayının 30-unadək bitir. Universitetə ərizə vermək və qəbul olmaq üçün möhlət hüququ mövcuddur?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
İsrafil Soruşur Yazılma Tarixi:03.01.2024 13:41:25

Mən İskəndərov İsrafil Səttar oğlu 01 noyabr 1974-ci ildə Ermənistan Respublikasının Qafan rayonunun Qovşud kəndində anadan olmuşam.1988-ci ildə məlum hadisələrlə əlaqədar, Ermənistandan məcburi halda qaçqın düşərək Azərbaycan Respublikasının Şabran rayonuna pənah gətirdik.1992-ci ildə həqiqi hərbi xidmətə getdim, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Sədərək döyüş bölgəsində 1996-cı ilə qədər,bir çox döyüş əməliyyatlarında iştirak etdim.Muharibə Veteranıyam.Odur ki, Sizdən xahiş edirəm ki,mənim döyüş bölgəsində olan illərimin 1(bir) günün 3(üç) gün hesab olunması barəsində,mənə arayış verilməsini təmin edəsiniz

Döyüş bölgəsindəki xidmət illərinizin 1 (bir) gününün 3 (üç) gün hesab olunması barədə arayışın əldə edilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış müraciətinizə baxılmışdır. Bildiririk ki, Xidmətin strukturuna daxil olan qurumda hərbi qeydiyyata alındıqdan sonra (şəxsi işinizdə sözügedən məsələ ilə bağlı müvafiq qeydlər olduğu təqdirdə) müraciətinizdə qeyd etdiyiniz arayışın əldə edilməsi mümkündür.       
Kənan Soruşur Yazılma Tarixi:28.12.2023 15:07:20

Salam, səfərbərliklə döyüşə getmişəm.Yaralanmışam . hal hazırda mülkü vətəndaşam. bilmək istəyirəm ki, rayon səfərbərlik idarəsi bir il ərzində neçə dəfə göndəriş verə bilər? və verdiyi göndərişin etibarlılıq müddəti neçə aydır,? Xahi. edirəm sualimı rəsmi əsaslarla tam dolğun cavablayasınız.

Tibbi müayinə ilə bağlı göndərişə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də tibbi müayinə ilə bağlı göndərişin etibarlılıq müddəti nəzərdə tutulmamışdır.
Telman Soruşur Yazılma Tarixi:27.12.2023 19:30:04

Salam. Hərbi biletdə Seriya nömrəsi və Sənədin nömrəsi harada qeyd olunub?

Seriya və nömrənin hərbi biletdə harada qeyd edilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış müraciətinizə baxılmışdır.         Bildiririk ki, seriya və nömrələr hərbi biletin bütün vərəqlərinin yuxarı hissəsində qeyd edilir.  
Emil Soruşur Yazılma Tarixi:05.12.2023 23:43:26

Salam mən hərbi iş üzrə müraciət necə qəbul ola bilrəm zəhmət olmasa deyrdiz mənə?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olmağınız üçün Xidmətin internet saytında Elektron xidmətlər bölməsinin Həqiqi hərbi xidmətə qəbulla bağlı alt bölümünə nəzər yetirməyiniz tövsiyə olunur.
Elbəy Soruşur Yazılma Tarixi:05.12.2023 15:38:52

Mən Eyvazlı Elbəy Natiq oğlu 11 dekabr 1998 ci ildə Sumqayıt şəhərində anadan olmuşam.Gömrük Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişəm.Atam 1 ci Qarabağ müharibəsi əlilidir.Prezident təqaüdçüsüdür.2023 cü ildə Prokurorluq orqanlarında 79,5 bal yığmışam.Sizdən xahiş edirəm ki,məni öz ixtisasıma uyğun işlə təmin olunmağıma köməklik göstərəsiniz.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olmağınız üçün Xidmətin internet saytında Elektron xidmətlər bölməsinin Həqiqi hərbi xidmətə qəbulla bağlı alt bölümünə nəzər yetirməyiniz tövsiyə olunur.
Fərdi Soruşur Yazılma Tarixi:02.12.2023 19:12:10

Salam.Mən İsmayılov Fərdi Əli oğlu.Hal hazırda Bakı Dövlət Universitetinin Kimya fakültəsinin,Kimya(İngilis)ixtiasinda təhsil alıram.4-ci kurs tələbəsiyəm.Mən ali məktəbi bitirdikdən sonra hərbi xidməttə olan zaman leytenant rütbəsini ala bilərəmmi? Və əgər leytenant rütbəsi alsam mənim sonradan xidmətimdən asılı olaraq rütbəm qalxırmı? Yəni məm sonradan baş leytenant,kapitan və s.rütbələrini ala bilərəmmi? Və mən kimyaçı olaraq hərbi vəzifəmdə bunu necə və harda icra edə bilərəm?

Bildiririk ki, müraciətiniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricində olduğu üçün aidiyyatı üzrə müraciət etməyiniz tövsiyə olunur.
Fərdi Soruşur Yazılma Tarixi:02.12.2023 18:38:07

Salam.Ali təhsilli əsgər zəbitlik kursuna yazılsa və leytenant rütbəsi alsa,onun rütbəsi maksimum hansı rütbəyə qədər qalxa bilər?Və mən ali təhsilimi kimyaçı kimi başa vurmuşamsa hərbi vəzifəmi buna uyğun necə və harda yerinə yetirə bilərəm?

Bildiririk ki, müraciətiniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricində olduğu üçün aidiyyatı üzrə müraciət etməyiniz tövsiyə olunur.
Zaur Soruşur Yazılma Tarixi:01.12.2023 11:47:36

Mən Məmmədov Zaur Zakir oğlu 31 10 1997 çi ildə Bakı şəhərində anadan olmuşam Rabitə və Nəqliyyat kolleci bitirmişəm radio və televiziya verilişləri üzrə 44 günlük Vətən müharibəsin iştirakçısiyam Qubadlı rayonunun azad olunması və vətən müharibəsin iştirakçısı medalı ilə təltif olunmusam bura gizir kimi necə işə düzələ bilerem portaldan keçə bilmirəm müharibə veteranıyam 26 yaşım var xaiş edirəm ki mənə köməklik göstəririn

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olmağınız üçün Xidmətin internet saytında Elektron xidmətlər bölməsinin Həqiqi hərbi xidmətə qəbulla bağlı alt bölümünə nəzər yetirməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :13811