Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Soruşur Yazılma Tarixi:08.02.2024 19:59:33

Quru qoşununda xidmətini bitirən əsgər bitirdikdən sonra xaricə cixa bilər?

Hərbi xidməti bitirdikdən sonra ölkədən çıxışa dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinı daxil olmuş müraciətinizə baxılmışdır.
Bildiririk ki, mövcud qanunvericiliyə əsasən vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan qurumlara gəlməlidirlər.
Hərbi qeydiyyata alınmış həmin vətəndaşların hazırda ölkədən çıxışına məhdudiyyət qoyulmur.
Elçin Soruşur Yazılma Tarixi:29.01.2024 14:01:47

Mən 2017-ci ilin may, iyun aylarında baş verən Tərtər hadisələri zamanı əsasız olaraq xidmətdən ehtiyyata buraxılmışam. 2022-ci ildə baş prokurorluğun müvafiq qərarına əsasən yenidən hərbi xidmətə bərpa edildim. 2022-ci ilin avqust ayında öz ərizəmlə hərbi xidmətdən ehtiyyata buraxıldım ehtiyyata buraxıldıqdan sonra şəxsi işim və hərbi biletim şirvan şəhər hərbi çağrış şöbəsinə göndərildikdən sonra hərbi biletimi şirvan şeher şöbəsindən götürdüm. Hərbi biletimi götürən zaman hərbi biletimdə hansı hüquqi əsaslarla xidmətə bərpa olunmağımla bağlı heç bir xüsisi qeydlər aparılmamışdır. Mən bilmək istəyirəm ki , mənim baş prokurorluğunun qərarı ilə yenidən xidmətə bərpa edilməyim barədə hərbi biletimdə xüsisi qeydlər aparılmalı idi yoxsa yoxsa ? Xahiş edirəm ki mənim hərbi biletim barədə xüsisi qeydlər aparılması barədə köməklik edəsiniz .

Müddətdən artıq həqiqi hərbi xidmətə bərpa olunmağınızla bağlı hərbi biletinizdə qeyd aparılmamasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış müraciətinizə baxılmışdır.              Məlum olmuşdur ki, sözügedən məsələ ilə bağlı 29.01.2024-cü il tarixdə Xidmətin Şirvan şəhər şöbəsinə ərizə ilə müraciət etmisiniz.            Bu səbəbdən 05.02.2024-cü il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətə bərpa olunmağınızla bağlı məlumatların əldə edilməsi üçün Xidmətin Şirvan şəhər şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 708 nömrəli hərbi hissəsinə sorğu göndərilmişdir. Göndərilmiş sorğuya cavab alındıqdan sonra Xidmətin Şirvan şəhər şöbəsi tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.
Kənan Soruşur Yazılma Tarixi:28.01.2024 10:53:41

Salam. Səhətimə bağlı hərbi xidmətdən möhlət vrilmişdi. Hazıda əməliyyat olunmuşam hə sağlamam. Könüllü olaraq ərizə yazıb hərbi xidmətə gedə bilərəm ?

Könüllü hərbi xidmətlə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış təkrar müraciətinizə baxılmışdır.              Bir daha bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.            Məlum olduğu kimi, Sizə səhhətinizlə əlaqədar 25.10.2026-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmişdir.            Göstərilənləri nəzərə alaraq, səhhətinizə görə verilmiş möhlət müddəti bitdikdə təkrar tibbi müayinə olunmağınız üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.  
Rəvan Soruşur Yazılma Tarixi:27.01.2024 12:56:15

Hər vaxtınız xeyir. Mən Muddətden artıq hərbi həqiqi xidmət qulluqçusu olmaq üçün sənəd vermişəm ,və iki aydı məlumat ala bilmirem ,sizdən xaiş edirəm ki mənə bir məlumat deyərdiniz ,təşəkkür edirəm

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmağınız ilə bağlı tərəfinizdən hər hansı bir müraciət daxil olmamışdır.
Nəzərə almağınızı xahiş edirik.
Səfiyar Soruşur Yazılma Tarixi:27.01.2024 05:38:13

salam mən müddətli həqiqi hərbi xidməti başa vurmuşa. qeyd edimki 44 günlük vətən müharibəsi döyüşlərində iştirak etməsəmdə 6 ay artıq xidmət edərək 18 aylıq xidməti 2il (24 ay) muddətində keçmişəm və bununla əlaqədar olaraq heçbir dəyərləndirmə almamışam. 2 sualım var biri bununla bağlı hər hansısa bir dəyərləndirmə ala bilərəm? ikinci sualım belədirki 2023 yay aylarında rayon səfərbərlik və hərbi xidmətə çağırış bölməsindən təlim məqsədli xidmətə çağırıldım işimi qoyub həmin kommisarlığa getdim həkim kamissiyalarından keçdim tək mən deyil bir neçə nəfərlə birlikdə və bizə təxirə salındığını dedilər. hərkəs öz işinə getədə mənim rəsmi olaraq işim olmadığı üçün bu müddət ərzinə yerimə başqa işçi tapılmışdır nəticə olaraq işsiz qaldım. və bir müddət keçdi bu günlərdə məni təkrar olaraq çağırdılar mən isə hal hazırda yaşayış yerindən uzaqdayam və ailəmiz çox çətin günlər yaşayır mənim yol pulum belə yoxdur ki, bildirdiyim ünvana gedərək bir neçə gün orda qalım və yaxudda təlim məqsədli xidmətə gedim. ümumiyyətlə qeyd etdiyim xidmət məcburidir? və yaxudda mütləqdir? vəya mənim bir neçə ay sonra təkrar həkim kamissiyasından keçməyim? qeyd edimki mənim istəyim yoxdur və sağlamlığımdan heçbir şikayətim yoxdur. bilmək istədiklərim bunlardır ən qısa müddətə cavablandırmağınızı xaiş edirəm və təşəkkürlərimi bildirirəm...

Portala daxil olan müraciətinizə baxılmışdır.                Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci bəndinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ali təhsilli olanlar 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar üçün isə 1 il 6 ay müəyyənləşdirilmişdir.        Müraciətdə qeyd etdiyiniz 1 il 6 aydan artıq həqiqi hərbi xidmət keçməyiniz ilə əlaqədar sualınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid deyildir.        “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun                                     52.1-ci maddəsinə əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.          “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci bəndinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qurumlardan daxil olmuş sifarişlərə əsasən hərbi vəzifəlilər xidmət keçdikləri hərbi uçot ixtisaslarına uyğun olaraq hərbi təlim toplanışlarına çağırıla bilərlər.        Odur ki, Sizin toplanışa cəlb olunmağınıza zərurət yaranarsa, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi təlim toplanışına göndəriləcəksiniz. Hərbi təlim toplanışına cəlb olunduğunuz halda təlimə göndərilməyiniz barədə iş yerinə təqdim etmək üçün müvafiq sənədlə təmin oluna bilərsiniz.                                                    
İbrahim Soruşur Yazılma Tarixi:20.01.2024 06:48:45

Salam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı, Ali təhsil sənədi, Diplom tələb olunur? Yaş məhdudiyyəti var?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır.
Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verməklə ərizə ilə (ərizəyə tərcümeyi-hal, anket, diplomun surəti, hərbi biletin surəti və şəxsiyyət vəsiqəsinin surəti əlavə olunsun) poçt vasitəsilə müraciət etməyiniz tövsiyə olunur.
Vurğun Soruşur Yazılma Tarixi:16.01.2024 15:08:04

Mən Mustafayev Vurğun Qabil oğlu Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarixçi ixtisasini bitirmişəm .Hərbi hissələdə deyil SHXÇDX -NİN YERLİ bölmələrində və ya mülkü vəzifədə çalişmaq istəyirəm .hal hazirda dövlət isində işləyirəm təcrubəmdə var.bunun üçün hara müracət edim

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır.
Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çaöırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verməklə ərizə ilə (ərizəyə tərcümeyi-hal, anket, diplomun surəti, hərbi biletin surəti və şəxsiyyət vəsiqəsinin surəti əlavə olunsun) poçt vasitəsilə müraciət etməyiniz tövsiyə olunur.
Elçin Soruşur Yazılma Tarixi:11.01.2024 09:18:45

Salam,bununla yazıb məlumat almaq istərdim ki, 03.01.2024 tarixdə veteranlıq adını təsdiqləyən arxiv sənədləri üçün müraciət etmişəm. Online olaraq məlumat almağım kifayət edərmi? Biləcəriyə arxiv idarəsinə getməyimə ehtiyac varmı?

Veteranlıqla əlaqədar arxiv arayışının alınmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış müraciətinizə baxılmışdır. Bildiririk ki, keçmiş hərbi qulluqçulara dair məlumatlar (şəxsi heyət və nizami hissə üzrə əmrlər) onların xidmət keçdikləri dövlət orqanının arxivində saxlanılır. Odur ki, arxiv arayışının alınması və “Müharibə veteranı” vəsiqəsinin verilməsi  məqsədilə aidiyyəti üzrə xidmət keçdiyiniz müvafiq dövlət orqanına müraciət etməyiniz məqsədəuyğundur. 
KAMRAN Soruşur Yazılma Tarixi:09.01.2024 10:45:31

salam her vaxtınız xeyir olsun bilmek isterdim ki Türkiyede online tehsil alınan müddette (ama hem dersler üz-üze olur hem de imtahanlar) müddətli həqiqi hərbi xidmətə çağırışla möhlət hüququ verilir mi

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.4 və 21.1.5-ci maddələrinə əsasən yalnız əyani təhsilalma formasında ali təhsil alanlara müvafiq təhsilini bitirənədk müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Fərid Soruşur Yazılma Tarixi:09.01.2024 02:41:06

Salam.Mən türkiyədə təhsil alırdım.Təhsilimi dondurmuşam.Ama möhlətim var 2025 ci ilə qədəd hala hazırda xidmətə necə gedə bilərəç

Bildiririk ki, təhsil alan çağırış yaşlı vətəndaşlar təhsil müəssisəsindən akademik məzuniyyət götürmələri barədə sənədi Xidmətin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, rayon çağırış komissiyaları tərəfindən onlar barəsində müvafiq qərar qəbul edilir.
Cədvəldə sətir sayı :13811