Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşid Soruşur Yazılma Tarixi:09.03.2024 18:04:51

Salam. Mən Cəlilabad rayon sakini Şəkərli Rəşid Davaxan oğlu. Veteranlıqmız təsdiqləndiyi halda, Cəlilabad rayon üzrə veteranlıq vəsiqimizi ala bilmirik. Hara müraciət edək? Xaiş edirəm köməklik göstərəsiz.

Bildiririk ki, Vətən müharibəsi iştirakçılarına "müharibə veteranı" vəsiqələri mərhələli şəkildə hazırlanır və rayonlar üzrə Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən təqdim edilir.
Odur ki, "müharibə veteranı"  vəsiqənizin hazır olmasına dair hərbi qeydiyyatda olduğunuz Xidmətin Cəlilabad rayon şöbəsinə Müdafiə Nazirliyindən məlumat daxil olduğu təqdirdə Sizə məlumat veriləcəkdir.
Əlavə olaraq, qeyd etdiyiniz məsələ ilə əlaqədar məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə xidmət keçdiyiniz dövlət orqanına müraciət etməyiniz məqsədəuyğundur.
Ülvi Soruşur Yazılma Tarixi:08.03.2024 12:25:56

Salam.Mən müayinədən keçdim və ürəyimdə Trikuspidal qapaq çatışmazlığı (1-ci dərəcə)və ekq-də Hiss dəstəsinin natamam blokadası çıxdı.Bilmək istərdimki mən bu gostəricilərlə əsgərliyə yararlı hesab olunnuram? Bunu Bakıda hansısa Komissarliqdan soruşa bilərəm?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “c” maddəsinin I qrafasının tələblərinə əsasən I (birinci) dərəcəli Trikuspidal qapaq çatışmazlığı diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Əli Soruşur Yazılma Tarixi:06.03.2024 18:08:30

Salam. Səhhətimlə bağlı problemim var və barəmdə verilən hərbi komissiyanın nəticəsini öyrənmək istəyirəm. Birdə ölkədən çıxışa məhsudiyyət varmı?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, 2024-cü ilin yanvar çağırışı zamanı Siz qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və səhhətiniz ilə bağlı 25.01.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, rayon çağırış komissiyası tərəfindən barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmiş və qəbul edilmiş qərar 12.03.2024-cü il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq olunmuşdur. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Suraxanı rayon idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Tural Soruşur Yazılma Tarixi:02.03.2024 15:39:52

Hepatoz ve ya sol qolun bitişmiş siniqi yararsız sayilir?

Bildiririk ki, çağırışçılarda yuxarı ətrafların sümüklərinin sınıqları üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 82-ci maddəsinin I qrafasının təlblərinə əsasən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən fuunksiyaların pozulma dərəcəsindən  asılı olaraq aparılır.
Elgün Soruşur Yazılma Tarixi:02.03.2024 13:24:46

Salam,45 dereceli döş kifozu olan şəxslər və 51 dərəcə hiperlordozu olan şəxslər hərbi xidmətə yararlıdırmı? Bu şəxslər hansı kateqoriyaya aid edilir?

Müəyyən edilmişdir ki, fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış (II mərhələ skolioz, fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha azalması, 3 və daha çox fəqərənin  pazabənzər deformasiyası  ilə müşayiət olunan  osteoxondropatik kifoz və s.)  xəstəlikləri üzrə tibbi şəhadətləndirilən çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizas haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66 "ç" maddəsinin I qrafasının tələblərinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır" hesab edilirlər.
Qadir Soruşur Yazılma Tarixi:28.02.2024 19:43:51

Salam. Hər vaxtınız xeyir. Mənim səhhətimdə problem var. Məndə hal hazırda vorikosel 3-cü dərəcədir. Ürəyim isə 1dəqiqə ərzində 100dəfədən çox döyünür. Bu şikayətlər olduğu halda yararsız hərbi bileti verilə bilər? Zəhmət olmasa cavablayarsız.

Bildiririk ki, təhsilə görə verilmiş möhlət hüququnuz bitdikdən sonra, Siz qeydiyyatda olduğunuz Xidmətin Zərdab rayon bölməsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəniz təmin ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. “Qan dövranı sistemi xəstəlikləri üzrə: III (üçüncü) dərəcəli varikosele” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. “Ürək ritminin pozulması: taxikardiya- ürək vurğusunun sayı dəqiqədə 100 və daha çox” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilirlər.
İbrahim Soruşur Yazılma Tarixi:28.02.2024 15:30:43

Salam, MəN QOBU qəsəbəsində dövlət hərbi səfərbərlik xidmətinin yeku yoxlanışında oldum. Amma hələdə hərbi statusum ilə əlaqədar məlumat yoxdu.Zəhmət olmasa hərbi statusum haqqında məlumat verərdiniz.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, səhhətiniz ilə verilmiş möhlət hüququ bitdiyi üçün, Siz qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsi tərəfindən növbəti 2024-cü ilin aprel çağırışına cəlb edilmiş, rayon çağırış komissiyasında tibbi müayinələrdən keçirilmiş və səhhətiniz ilə bağlı 13.02.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunan diaqnoza müvafiq olaraq Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Lerik rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
Nurlan Soruşur Yazılma Tarixi:28.02.2024 12:50:09

Salam, mən 19.09.2023- cü il tarixli anti terror əməliyyatlarında işçtirak etmişəm.Hərbi biletimdə də bu qeyd olunmuşdur. Sualım bununla bağlıdır ki, bu halda mən veteranlıq vəsiqəsi əldə edə bilirəm?

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş " Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət  keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir.
Odur ki, Sizin Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində xidmət keçməyiniz  nəzərə alaraq, "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün mövcud sənədlərlə  Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən  "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya müraciət etməyiniz tövsiyə  olunur.
Elmar Soruşur Yazılma Tarixi:27.02.2024 16:35:13

Xaiş edirəm mənə cavab verərdiz

Müəyyən edilmişdir ki, Siz 20.02.2024-cü il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasına əsasən "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilmisiniz.
Hərbi biletlə təmin olunmağınız üçün qeydiyyatda olduğunuz Xidmətin Tovuz rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Nadim Soruşur Yazılma Tarixi:27.02.2024 09:42:23

Salam. Mən ehtiyyatda olan zabitəm. Şəki rayonunda qeydiyyatdayam. İpoteka krediti üçün hərbi xidmət keçməyim və hansı maddə ilə ehtiyyata buraxılmağım barədə arayış lazımdır. Lazım olan arayışı almaq üçün Şəki rayonu üzrə aidiyyatı orqan mənim şəxsi işimi tapa bilmir. Kimə müraciət etməliyəm

Portala daxil olan müraciətinizlə əlaqədar bildiririk ki, “Elektron hökumət” portalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatında olan vətəndaşlar www.e-gov.az və my.gov.az saytlarında elektron arayışlar bölməsinə daxil olmaqla “Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış” və “Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış” linkləri vasitəsi ilə arayışlar əldə edə bilərlər. Müvafiq arayışın əldə olunması üçün vətəndaşdan “Elektron imza”, “Asan imza” və ya Elektron Hökumət Portalında qeydiyyatdan keçməklə istifadəçi adı və şifrəsi əldə etmək tələb olunur.            Göstərilənləri nəzərə alaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə və ya Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən «ASAN» Xidmət mərkəzlərindən birində hərbi qeydiyyat pəncərəsinə şəxsiyyətinizi təsdiq edən sənədlə şəxsən müraciət edərək müvafiq arayışla təmin edilə bilərsiniz.  
Cədvəldə sətir sayı :13811