Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:25.02.2024 08:49:37

Salam.Mən Cəlilabad rayon Maşliq kənd sakinləri olan herbi xidmətdən sağlam olduqlari halda bir ailənin iki üzvi eyni zamanda Vaxdilə Atalarida herbi xidmətdən yayinmiş Məhərəmov Rəvan Səyid oğlu və Məhərəmov Əliqasim Səyid oğlunun herbi xidmətdən boyun qaçidiğini hansi dövlət qurmuna müraciyət etməliyəm.Xaiş edirəm bir vavab yazasiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə rəsmi müraciət edin.
Elmar Soruşur Yazılma Tarixi:24.02.2024 21:18:42

Salam mənim cavablarım necə oldu

Müəyyən edilmişdir ki, Siz 20.02.2024-cü il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasına əsasən "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" hesab edilmisiniz.
Hərbi biletlə təmin olunmağınız üçün qeydiyyatda olduğunuz Xidmətin Tovuz rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Zaur Soruşur Yazılma Tarixi:23.02.2024 22:34:25

Salam men herbi xitmete ne vaxt gedecem ?

Hərbi xidmətə getməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Məlum olmuşdur ki, Xidmətin Sabunçu rayon idarəsinin hərbi-həkim komissiyası tərəfindən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyinizə görə Sizə 27.03.2027-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmişdir.
Feyruz Soruşur Yazılma Tarixi:21.02.2024 19:27:30

Salam mən 3 ildir ki tibbi yoxlamadan keçirəm göz zəifliyi, dişlərin tökülməsi, dabanın yerə toxunmaması üzrə problemlərim var müalicə almamışam. Şamaxı rayon hərbi komissarlığına hərbi xidmətə yararlı gəlib xaiş edirəm ki məni yenidən tibbi müayinədən keçirəsiniz

Məlum olmuşdur ki, 2022-ci ilin növbəti təkrar tibbi müayinə zamanı, Siz Xidmətin Şamaxı rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva  adına Milli Oftalmologiya Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz.
Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər  cədvəli"nin  I qrafasına müvafiq olaraq "dinc dövrdə hərbi xidmət yarasız, müharibə dpvründə məhdud yaralı" hesab edilərək, 13.06.2025-ci il tarixədək hıqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir.
Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə  nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda  olduöunuz Xidmətin Şamaxı rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
Ramazan Soruşur Yazılma Tarixi:20.02.2024 10:56:09

Salam.Bilməy istərdim hansı ayda çağırış gələcəy?

Növbəti təkrar tibbi müayinəyə hansı tarixdə cəlb ediləcəyinizlə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Tibbi müayinə zamanı möhlət verilmiş hərbi vəzifəlilərin hərbi biletlərinin V bölməsində "tibbi müayinələr haqqında məlumatlar"da onların növbəti təkrar tibbi müayinəyə cəlb edilmələri barədə müvafiq qeydlər aparılır.
Şamxal Soruşur Yazılma Tarixi:19.02.2024 07:10:59

Salam mene hansi ile qeder herbiden mohlet verilib?

Müəyyən edilmişdir ki, Sizin təhsil almağınızı nəzərə alaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 maddəsinə əsasən 01.08.2023-cü il tarixədək möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Xidmətin İmişli rayon şöbəsi tərəfindən 2023-cü ilin oktyabr çağırışına cəlb olunmuş, lakin müddətli həqiqi hərbi xidmətə çağırışdan yayındığınız üçün barənizdə İmişli Rayon Polis şöbəsinə müvafiq məktub ünvanlanmışdır. Odur ki, Xidmətin İmişli rayon şöbəsinə gəlməyiniz tələb olunur.
Nurlan Soruşur Yazılma Tarixi:11.02.2024 12:47:11

Salam mən müharibədə iştirak etmişəm amma mənə müharibə iştirakçısıda vermiyiblər.

Bildiririk ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında" Təlimatın tələblərinə müvafiq olaraq, yalnız hərbi qulluqçuların xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimatlar əsasında müvafiq orden, medallar  verilir.
Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığından, məsələyə baxılması üçün mövcud sənədlərlə aidiyyəti üzrə Xidmət keçdiyiniz dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:11.02.2024 12:45:30

Nurlan Soruşur Yazılma Tarixi:11.02.2024 12:43:04

Ümid Soruşur Yazılma Tarixi:10.02.2024 04:14:16

Salam mən 1 il əvvəl quru qoşunlarından psixi problemlə yararsız təxris olmuşam amma o vaxtdan müalicə alıb sağalmışam və yenidən yararsız bileti ləğv edib hərbiyə yollana bilərəm?

Yenidən hərbi xidmətə göndərilməyinizə dair Azırbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış müraciətinizə baxılmışdır.
Bildiririk ki, hərbi xidmət dövründə xəstəliklə əlaqədar ehtiyata  buraxılmış, lakin  təkrar tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" hesab edilmiş vətəndaşların yenidən müddətli həqiqi hərbi xidmətə çağırılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13811