Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Namiq Soruşur Yazılma Tarixi:16.03.2024 23:02:48

Salam. Qeyd etmək istərdim ki, yastıpəncə üzrə sol ayağım 18 mm, sağ ayağım 20 mm qeyd olunub. Bildiyiniz kimi 3 cü dərəcə 17 mm olaraq təyin olunub. Bilmək istərdim ki sol ayağımın 3 cü dərəcəyə 1 mm fərqlə qalması yenə də hərbi xidmətə yararsız kimi nəzərə alına bilir mi? Düz ayaqqabıda sağ ayağıma nisbətdə, sol ayağımla gəzə bilmirəm, ağrılar yaradır. Zəhmət olmasa məlumat versəniz xoş olar. Diqqətiniz üçün təşəkkür edirəm.

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Ömər Soruşur Yazılma Tarixi:16.03.2024 16:56:44

Hüseynov Ömər 2 ci Qarabağ muharibəsində iştirak etmişəm medalsız veteransiz qalmışam müdafiə nazirliyinə getdim qəbula dedim ki müharibede olmuşam mənə imtina cavabı gəldi ki siz tamamlamada olmuşuz veteranniq düşmür dedi ki nazirlər kabinetinin qərarı lazımdır 7 minlərlə veterannarin haqlarıi bərpa etmək üçün müharibə vaxtı xəstə anamı qoyub getmisem Xalq uğrunda Millət uğurunda canımi qoymuşam müharibe 4 ildir ki kutarmagina baxmayaraq menim veteranniq statusumu bərpa etmediler defelerle qəbularda olduq müracət etmişik qanunda tamamlama sözü yoxdur qanunda dəyişiklik edilmelidir ki haqqımizi ala bilək özüm bir kasıb ailədənəm atam rəhmətə gedib xəstə anama mən baxıram

Bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, Vətən müharibəsi zamanı 10.10.2020-ci il tarixdən 12.01.2021-ci il tarixədək Müdafiə Nazirliyinin 282 və 285 saylı hərbi hissələrinin tərkibində xidmət keçməyinizi nəzərə alaraq, Xidmətin Aparatına 19.06.2023-cü il tarixdə daxil olmuş əvvəlki müraciətiniz baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi məqsədilə 25.06.2023-cü il tarixdə       3-43-90/2-H-104/20/2023 nömrəli məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmişdir. Qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığından, aidiyyəti üzrə xidmət keçdiyiniz Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Eyniməzmunlu müraciətinizlə əlaqədar Sizə Xidmətin Aparatı tərəfindən dəfələrlə ətraflı cavab məktubları ünvanlanmışdır.  
Kənan Soruşur Yazılma Tarixi:16.03.2024 02:08:38

Salam. Məndə USM yoxlanışinda öd kisəsində 4mm böyüklüyündə polip aşkarland və bu bir çox sənədlə də təsdiqləyib. Bunu vanykamata bildirdiyimdən mən həkim müayinəsinə, yoxlanışina göndərilmədim və bu xəstəliklə bağlı heç bir qərar qəbul olunmadı. Bunun səbəbini öyrənə bilərəm?

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən səhhətiniz ilə əlaqədar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” əsasında Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin    29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Kamran Soruşur Yazılma Tarixi:15.03.2024 10:03:03

Salam. Mursalov Kamran Firudin oğlu . Xahiş edirəm sualımı cavablandırardız artıq 2 cı müracitimdi sizə. Mən Xaçmaz rayon şöbəsi çağırışıyam. Xaçmaz rayon üzrə müayinə üçün komissiarlığa çağırılmışam və müayinələrdən keçmişəm. Əlavə olaraq səhhətimlə bağlı bakıdakı xəstəxanalardan keçmişəm. Zəhmət olmasa məlumat verə bilərsiniz mən yararlıyam ya yararsız.

Müəyyən edilmişdir ki, Siz Xidmətin Xaçmaz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən səhhətiniz ilə əlaqədar Kliniki Tibbi Mərkəzə və Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları əsasında Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin    29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Kamran Soruşur Yazılma Tarixi:15.03.2024 10:01:52

Kamran Soruşur Yazılma Tarixi:15.03.2024 10:00:48

Məmmədağa Soruşur Yazılma Tarixi:15.03.2024 00:05:01

Salam. Mən Babayev Məmmədağa Fəxrəddin oğlu. Azərbaycan Universitetinin 3-cü kurs tələbəsiyəm. Məni maraqlandıran bir sual var. Məndə yastıayaqlıq var və birdə gözlərim zəif görür. Yəni uzağı görə bilmirəm. Sağ göz -4 və sol göz -3.75 hal-hazırda. Buna görə hərbidən möhlət düşür? Öncədən sizə təşəkkürümü bildirirəm.

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34 “ç” maddəsinin I qrafasının tələblərinə əsasən “Hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8.0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2.0 DPTR-dən artıq və 4.0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm” olan çağırışçılar “hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarəsinin, şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.
Məhəmməd Soruşur Yazılma Tarixi:14.03.2024 17:22:48

Salam. yastıpəncəliklə əlaqəli voenkomat məni yoxlanışa göndərib Nizami tibb mərkəzinə getmişəm. Sağ ayağım 3, sol ayağım 2ci dərəcə cıxıb sonra isə qobuya göndəriblər orda isə hər iki ayağım 2ci derece cıxıb mən nə edə bilərəm

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən səhhətiniz ilə əlaqədar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” əsasında Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin    29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elşən Soruşur Yazılma Tarixi:13.03.2024 15:46:35

Salam,onceki sualimda bildirildiyim kimi 05.03.2024 tarixinde xidmetin merkezi komissiyasinda olmusdum.Xahis edirem ,mumkunse cavablar haqqinda melumat vererdiniz,cox sagolun

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və nəzarət qaydasında 30.03.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Valeh Soruşur Yazılma Tarixi:13.03.2024 12:13:05

Salam. Mən xahiş edirəmki aşağıdakı xəstəliklər üzrə ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar yararlı vəya yararsız olması barədıə məlumat verəsiniz. 1. ürək minimal dərəcəli aortal qapaqcıq çatışmamazlığı( aortal qapaqlar üzərində minimal requrhitasiya) 2. Xayanın III dərəcəli varikoz genişlənməsi olan 3. Qaraciyər piylənməsi 3-cü dərəcə 4.Zobun bədxasəlli törəməsinin əməliyyatdan 6 ay sonrakı vəziyyəti

Çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 42-48-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Çağırışçıların qaraciyərin xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 58-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Çağırışçıların bədxassəli yenitörəmələri xəstəlikləri  üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 8-9-cu maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Əlavə olaraq bildiririk ki, vətəndaşlar tibbi şəhadətləndirmə zamanı qeydiyyatda olduğu Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisələrində müayinə olunur və müddətli həqiqi hərbi xisnətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən müvafiq qərar qəbul edilir.

Cədvəldə sətir sayı :13811